• Bakı C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

İranda təhlükəsizlik faktoru nəzarətdən çıxır: Regionu "cəhənnəm"ə çevirə bilərlər

SİYASƏT

11 Mart 2026 | 11:44

İranda təhlükəsizlik faktoru nəzarətdən çıxır: Regionu cəhənnəmə çevirə bilərlər

İranda uzun illər Ali Rəhbər postunu tutmuş Əli Xameneinin öldürülməsindən sonra ölkədə hakimiyyətin gələcəyi ilə bağlı müzakirələr başlayıb. Ardınca Ekspertlər Məclisi toplanaraq yeni Ali Liderin müəyyənləşdirilməsi məsələsini müzakirə ediblər. Nəticədə Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib. 

Baş verən hadisələr fonunda həm İranın daxili siyasi sabitliyinin necə dəyişəcəyi, həm də regiondakı güc balansına mümkün təsirlərin nə olacağı barədə müxtəlif qiymətləndirmələr səslənir.

Müctəba Xameneinin Ali Rəhbər seçilməsi İranın daxili siyasi sabitliyinə və regiondakı güc münasibətlərinə hansı əsas təsirləri göstərə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Müctəbanın seçilməsi İranda varisliyin ön plana çıxarıldığını göstərir. Onun sözlərinə görə, bu qərar İranın ənənəvi dini-klerikal baxışının dəyişmədən qalması istiqamətində olan mövqenin qalib gəlməsi kimi qiymətləndirilə bilər. Başqa sözlə, bu, hakimiyyətin faktiki olaraq SEPAH-ın nəzarətində qalmağa davam etməsi deməkdir.

Politoloq bildierib ki, bu xəttə qarşı ciddi müqavimət də mövcuddur. Çünki İran cəmiyyəti hazırda ağır sosial problemlərlə üz-üzədir. 

Əziz Əlibəyli: İran cəmiyyəti hazırda ağır sosial problemlərlə üz-üzədir

Müsahibimiz qeyd edib ki, hətta ABŞ-İsrail koalisiyası bu gün müharibəni dayandırsa belə, İranın daxilində daha dərin və mürəkkəb problemlər qalacaq. Onun fikrincə, bunun əsas səbəblərindən biri ölkənin iqtisadi vəziyyətidir. Ə.Əlibəyli deyib ki, İran iqtisadi baxımdan ciddi böhran yaşayır və bu fonda ölkə daxilində genişmiqyaslı vətəndaş qarşıdurmasının baş verməsi ehtimalı artır:

"Bu prosesdə problemlər fonunda səsi daha çox eşidilən islahatçı qüvvələrə qarşı onların tərəfdarlarının etirazları və hakimiyyətin sərt, aqressiv addımları ciddi toqquşmalara səbəb ola bilər".

Əziz Əlibəyli bildirib ki, regionda risk amili də yüksəlir:

"Təhlükəsizlik faktorunun nəzarətdən çıxması ehtimalı artır və istisna deyil ki, İranın əsas güc alətlərindən sayılan proksi qüvvələr həm ölkə daxilində, həm də Livan, Suriya və Yəmən kimi ölkələrdə daha aktiv mərhələyə keçərək regionu sözün əsl mənasında "cəhənnəm"ə çevirə bilərlər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

10 Mart 2026