• Bakı 11° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Rəqəmsal dövlətə keçid: ölçülə bilən süni zəka 

CƏMİYYƏT

05 Aprel 2026 | 10:08

Rəqəmsal dövlətə keçid: ölçülə bilən süni zəka 

Məlum olduğu kimi, bir müddət əvvəl dövlət başçısı tərəfindən Azərbaycanda süni zəkanın inkişafını sürətləndirmək məqsədilə dövlət qurumlarında bu istiqamət üzrə məsul rəhbərlərin formalaşdırılması ilə bağlı mühüm tapşırıq verilib.

Bu yanaşma qlobal trendlərlə tam uzlaşır.

Bakıvaxtı az-ın məlumatına görə, ictimai xadim Mustafa Abbasbəyli bildirib ki, bu gün süni zəka artıq yalnız texnoloji yenilik deyil — o, dövlət idarəçiliyinin səmərəliliyini artıran, qərarverməni optimallaşdıran və vətəndaş məmnuniyyətini yüksəldən əsas alətlərdən birinə çevrilib.

Onun sözlərinə görə, məhz bu səbəbdən, süni zəka üzrə məsul rəhbərlərin fəaliyyəti yalnız formal hesabatlarla deyil, konkret, ölçülə bilən və nəticəyönümlü göstəricilər — KPI-lar əsasında qiymətləndirilməsi labüddür.

Abbasbəyli bu kontekstdə aşağıdakı əsas KPI çərçivəsini təklif edir:

1. Dövlət xidmətlərində süni zəka texnologiyalarının inteqrasiya səviyyəsi (AI tətbiq edilən xidmətlərin sayı və payı);

2. AI tətbiqi nəticəsində vətəndaş müraciətlərinin cavablandırılma müddətində azalma (effektivlik göstəricisi);

3. Proaktiv xidmətlərin genişlənməsi fonunda ümumi müraciət sayında azalma;

4. Qurumdaxili proseslərdə rəqəmsallaşma və kağızsız fəaliyyətə keçid səviyyəsi;

5. Süni zəka və avtomatlaşdırma hesabına məhsuldarlıq artımı (resurs/çıxış nisbəti);

6. AI sahəsində ixtisaslaşmış insan kapitalının inkişaf dinamikası;

7. Açıq məlumat ekosisteminin genişlənməsi (paylaşılan datasetlərin sayı və keyfiyyəti);

8. Azərbaycanın beynəlxalq indekslərdə, xüsusilə AI Readiness Index üzrə mövqeyinin yaxşılaşmasına institusional töhfə;

9. Data təhlükəsizliyi üzrə risklərin və insidentlərin azalması.

İctimai xadim bildirib ki, bu KPI-lar yalnız ölçmə aləti deyil — eyni zamanda strateji idarəetmə mexanizmidir. Onlar dövlət qurumlarına imkan verir ki, süni zəkanın tətbiqini sistemli, təhlükəsiz və vətəndaş yönümlü şəkildə həyata keçirsinlər.

"Necə deyərlər, “ölçə bilmədiyini idarə edə bilməzsən”. Süni zəka dövründə isə düzgün ölçmə, düzgün gələcəyin əsasını təşkil edir",- deyə Mustafa Abbasbəyli qeyd edib.

Murad Məmmədli 

 


SON XƏBƏRLƏR

04 Aprel 2026