• Bakı C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Rəqəmsal layihələrin maliyyələşdirilməsinə veto mexanizmi tətbiq olunacaq

CƏMİYYƏT

27 Fevral 2026 | 16:14

Rəqəmsal layihələrin maliyyələşdirilməsinə veto mexanizmi tətbiq olunacaq

Azərbaycanda bu ilin sonuna kimi dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizmi qurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, qurumların rəqəmsal inkişaf üzrə büdcələrinin təsnifatlandırılması və təkrarçılığın (dublikat sistemlərin) qarşısını alan qaydaların qəbulu, strateji hədəflərə (bulud texnologiyalarına keçid, süni intellektin tətbiqi, məsləhət xidmətlərinə çıxış və s.) xidmət etməyən rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsinə veto qoyulması mexanizminin tətbiqi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.


SON XƏBƏRLƏR