• Bakı 19° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rəqsanə İsmayılova Vilayət Eyvazova müraciət etdi - VİDEO - YENİLƏNİB
 

MƏDƏNİYYƏT

01 Mart 2023 | 16:34

Rəqsanə İsmayılova Vilayət Eyvazova müraciət etdi - VİDEO - YENİLƏNİB

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov  bildirib ki, tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub: 

"Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu həyata keçirilib. Sonradan qarşı tərəf ödənən məbləği qaytarmadan evi geri tələb edib. Mübahisə, tərəflər arasında məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur". /Unikal.az

 

15:46

Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Bakıvaxtı.az  xəbər verir ki, ifaçı videomüraciətində bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla 2015-ci ildən ev mübahisəsi yaşayır:

“Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır”.  

R. İsmayılova V. Eyvazovdan ona bu işdə köməklik göstərməsini xahiş edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026