"Turan Tovuz"la oyunlar hər zaman çətin keçir.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XXV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, qələbə qazandıqları matç barədə danışıb:
"İlk növbədə yüksək performans sərgilədiklərinə görə futbolçularıma təşəkkür edirəm. Çətin səfər oyunu idi. "Turan Tovuz" çox yaxşı komandadır. Bu komandaya qarşı hazırlaşmaq çox çətin idi. Görüşdən əvvəl çox təhlillər aparmışdıq. Ötən dəfə də hiss etmişdik ki, "Turan Tovuz"la qarşılaşmalar çətin keçir. Olduqca vacib 3 xal xal qazandıq. Ən sıx qrafikdə oynayan komandalardan biri bizik. 4 gündən sonra "Səbail"lə görüşümüz var".
Qeyd edək ki, XXV turun "Turan Tovuz" - "Zirə" oyununda "qartallar" 2:0 hesablı qələbəyə sevinib./report