q
  • Bakı 13° C

    12.59 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi

SİYASƏT

05 Mart 2026 | 15:46

Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi

Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “X” hesabında bildirib.

    Onun sözlərinə görə, “Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib”, bu isə artıq onun “maskasının düşməsinə dəlalət edir”.

    XİN rəhbərinin müavini qeyd edib ki, Tehrandakı rejim daha proksi qüvvələrinin arxasında gizlənmir, birbaşa özü hücum edir və xaos yayır.

    “Dünya onu dayandırmayana qədər İran dayanmayacaq”, - nazir müavini vurğulayıb.


    SON XƏBƏRLƏR

    01 May 2026