• Bakı 21° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi 

CƏMİYYƏT

31 Avqust 2026 | 16:15

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi

Bakıda restoranda 2 nəfəri bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2001-ci il təvəllüdlü şəxsə hökm oxunub.

Bildirilib ki, hadisə ötən il sentyabrın 25-i saat 02 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən “Okean” restoranında baş verib.

Belə ki, Namiq Şirinli restoranda olan digər masada müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşaraq pul tələb edib. Onlar imtina etdikdə tərəflər arasında sözlü mübahisə yaranıb və restoranın həyətinə çıxıblar. Burada N.Şirinli xuliqanlıq niyyəti ilə məişət təyinatlı cib bıçağı ilə qardaşlara zərbələr endirib.

Məhkəmə Namiq Şirinlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə təqsirli bilib.

O, 4 il həbs cəzasına məhkum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026