• Bakı 24° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

"Roma" klubunun yeni kapitanı müəyyənləşib

İDMAN

06 Sentyabr 2025 | 16:33

Roma klubunun yeni kapitanı müəyyənləşib

İtaliyanın "Roma" klubunun yeni kapitanı müəyyənləşib. 

Bakıvaxtı.az xəbər verir ki, 2025/2026 mövsümündə komandanı meydana Brayan Kristante kapitan kimi çıxaracaq. 

30 yaşlı italiyalı yarımmüdafiəçi 2019-cu ilin iyulundan paytaxt təmsilçisinin şərəfini qoruyur. O, 2024/2025 mövsümündə meydana çıxdığı 38 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, futbolçunun Roma komandası ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. B.Kristante "Roma"Nın heyətində ümumilikdə meydana çıxdığı 320 matçda 19 qola, 21 məhsuldar ötürməyə imza atıb.


SON XƏBƏRLƏR