• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Ronaldo karyerasının 942-ci qolunu vurub

İDMAN

07 Sentyabr 2025 | 00:41

Ronaldo karyerasının 942-ci qolunu vurub

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasının 942-ci qolunu vurub.

Bakıvaxtı.az-ın  məlumatına görə, Portuqaliya millisinin 40 yaşlı forvardı 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Ermənistan millisi ilə oyunda rəqib qapısına iki dəfə yol tapıb.

Qarşılaşma İrəvanda keçirilib və qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ronaldo ümumilikdə "Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nasr"in heyətində isə 101 qol vurub. Hücumçu digər qollarını Lissabon "Sportinq"i və Portuqaliya millisinin heyətində vurub.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025