• Bakı 19° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ronaldo Messi ilə rəqabətindən danışdı

İDMAN

12 Oktyabr 2026 | 23:43 | Müəllif: Subhan Mahmudov

Ronaldo Messi ilə rəqabətindən danışdı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo argentinalı ulduz Lionel Messi ilə münasibətlərindən danışıb. O, mükafatlandırma mərasimlərində birlikdə yaşadıqları maraqlı bir hadisəni də xatırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ronaldo bu barədə “The Touchline”a açıqlamasında bildirib.

"15 il ərzində mükafatlandırma mərasimlərində səhnəni bölüşmüşük və həmişə çox yaxşı münasibətimiz olub. Yadımdadır, aparıcıların və qonaqların dediklərini onun üçün tərcümə edirdim. Bu, həqiqətən də əyləncəli idi.

Leo həmişə mənə böyük hörmətlə yanaşıb. Təbii ki, o, öz klubunun maraqlarını qoruyurdu, mən də öz komandamın rənglərini müdafiə edirdim. O, millisi üçün mübarizə aparırdı, mən də öz millim üçün. Amma bu, tamamilə sağlam idman rəqabəti idi.

Əminəm ki, bütün bu illər ərzində bir-birimizi daha da inkişaf etməyə sövq etmiş və motivasiya etmişik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR