• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Rusiya 103 "Şahed" dronu ilə Ukraynaya hücum edib

DÜNYA

24 Iyul 2025 | 11:50

Rusiya 103 Şahed dronu ilə Ukraynaya hücum edib

Ötən gecə Rusiyanın Ukraynaya hücumunda əksəriyyəti “Şahed” tipli 103 dron və 4 raketdən istifadə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasında məlumat verib.

    “Dünən İstanbuldakı görüşdə dərhal və tam atəşkəslə bağlı təklifimiz Rusiya tərəfinə bir daha təkrarlandı. Cavabında olaraq Rusiya dronları yaşayış binalarını və Odessadakı Prıvoz bazarını, Çerkassıdakı yaşayış binalarını, Xarkov regionunda enerji infrastrukturunu və Zaparojyedə bir universitetin idman zalını hədəf aldı. Donetsk, Sumı və Mikolaiv regionları da zərbələr altında idi. Xarkovda 3 nəfər həlak olub, 10 nəfərdən çox insan xəsarət alıb”, - Ukrayna Prezidenti bildirib.

    O vurğulayıb ki, Ukrayna diplomatiyanın nəticə verməsi üçün bütün səyləri göstərəcək, amma müharibəni başlayan tərəf Rusiya olduğu kimi, bitirməli olan tərəf də Rusiyadır.


    SON XƏBƏRLƏR