• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Rusiya beş uşağı Ukraynaya qaytarıb

DÜNYA

12 Fevral 2026 | 20:55

Rusiya beş uşağı Ukraynaya qaytarıb

“Müxtəlif səbəblərdən Rusiyada yaşayan 5 uşaq Ukraynadakı ailələrinin yanına qaytarılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova teleqramda məlumat verib.

Onun sözlərinə görə, həmin uşaqlar 4-15 yaş arasında olan dörd oğlan və bir qız olub. 

“Bizim dəstəyimizlə 22 ailədən 30 uşaq Rusiyadakı qohumlarına, 108 ailədən 134 uşaq isə Ukrayna və üçüncü ölkələrdəki qohumlarına qovuşdu”, - Lvova-Belova əlavə edib.

 


SON XƏBƏRLƏR