• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya-Ermənistan hərbi əməkdaşlığı  kimə qarşıdır? – Hərbi ekspert

GÜNDƏM

16 Aprel 2021 | 15:27

Rusiya-Ermənistan hərbi əməkdaşlığı kimə qarşıdır? – Hərbi ekspert

Azərbaycanın qədim torpağı olan Zəngəzurda Rusiyanın 102-ci bazasının dayaq məntəqəsinin qurulması Moskva ilə İrəvan arasında ciddi müzakirə olunur. Planın tezliklə həyata keçiriləcəyi ehtimal edilir. 

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 14-də parlamentdəki çıxışı zamanı Moskva ilə iki istiqamətdə danışıqların getdiyini bildirdi. Birinci istiqamət Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının genişləndirilməsidir, ikinci istiqamət isə Rusiyanın Azərbaycanla sərhəddə yaxın Zəngəzurda yeni hərbi bazasının yaradılmasıdır.  

Bəs, bu hərbi bazanın genişləndirilməsi kimə qarşıdır? 

Hərbi ekspert Ədalət Verdiyev Bakivaxti.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistan ərazisində yaratdığı istənilən hərbi baza Azərbaycana və Türkiyəyə qarşı yönəlib: “Odur ki hərbi bazanın orada yaradılması yolverilməzdir. Azərbaycanın da buna qarşı ciddi reaksiyalarını ortaya qoyacağını düşünürəm”.

Ə.Verdiyev qeyd edib ki, bütün bunlar Azərbaycanın “İsgəndər-M” raketinə aid açıqlama tələb etdikdən sonra gündəmə gəlməsi rəsmi Moskvanın Azərbaycanın ona qarşı tətbiq etdiyi təzyiqlərdən vaz keçməsinə hesablanır: “Lakin bu mümkün olan şey deyil. Rusiya etdiyi hərəkətlərə və fəaliyyətlərə görə cavab verməlidir. Buna görə də Ermənistanın atdığı bu addımlar bir daha onun müstəqil ölkə olmadığının və yalnız Rusiyanın hesabına mövcudluğunu davam etdirdiyinin sübutudur”.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026