Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin Türkiyədə saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
“O, Moskvadan gəldikdən sonra İstanbulda saxlanılıb”, - deyə mənbələr bildiriblər.
***
21:23
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskaliki öldürən kustar üsulla hazırlanmış partlayıcı qurğu trotil blokları, boltlar və mismarlardan yığılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB)hadisə yerində lentə aldığı videoda da açıq görünür.
Kadrlarda partlayıcı qurğunun hissələri, onun doldurulduğu boltlar və mismarlar əks olunub.
Bundan başqa generalı avtomobilindən izləmək üçün istifadə olunan noutbuk, həmçinin mobil telefon da tapılıb.
***
19:40
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəsinin müavini general-leytenant Yaroslav Moskalikin ölümünə səbəb olan avtomobilə bomba yerləşdirən İqnat Kuzin saxlanılıb.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Ukrayna xüsusi xidmət orqanlarının agenti olan Kuzin saxlanılıb.
Qeyd edək ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volksvgen” avtomobili partlayıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytnant Yaroslav Moskalik olması barədə məlumat yayıb. 59 yaşlı generalın 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.