"Google" Rusiyada qadağan olunmuş bəzi məzmunlara çıxışı məhdudlaşdırmadığına görə 11 milyon 400 min rubl (təxminən 145 min dollar) məbləğində cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, işə paytaxt Moskvada baxılıb.
Məhkəmə şirkətin qanunvericiliyin tələblərinə əməl etmədiyini müəyyən edərək, "Google"un göstərilən məbləğdə cərimə ödəməsinə qərar verib.
Bildirilir ki, şirkət daha əvvəl də qadağan olunmuş məzmunu silmədiyi, Rusiyadakı istifadəçilərin şəxsi məlumatlarına çıxışı məhdudlaşdırmadığını və digər pozuntular səbəbilə müxtəlif məbləğlərdə cərimələrə məruz qalıb.
Bakı 




