Cari ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya arasındakı ticarət dövriyyəsi 499,979 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 497,962 milyon ABŞ dolları və ya 49,9% azdır.
Hesabat dövründə Rusiyaya ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 7,98%-ni təşkil edib və Rusiya bu dövrdə Azərbaycanla ən çox ticarət əməliyyatı aparan dövlətlər arasında 4-cü yeri tutub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların dəyəri 157,763 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,895 milyon ABŞ dolları və ya təxminən 4,6% çoxdur. Beləliklə, Rusiya Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr arasında 4-cü yerdədir.
Eyni dövrdə Rusiyadan Azərbaycana ixrac olunan məhsulların dəyəri 342,216 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 504,857 milyon ABŞ dolları və ya təxminən 59,6% azdır. Beləliklə, Rusiya Azərbaycanın idxal etdiyi məhsulların ən çox həcmi olan ölkələr arasında 3-cü yerdədir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları və ya 29,6% azdır.
Xarici ticarətin ümumi həcminin 3,665 milyard ABŞ dollarını ixrac, 2,599 milyard ABŞ dollarını isə idxal təşkil edib. Son bir ildə ixrac 1,101 milyard ABŞ dolları və ya 23,1%, idxal isə 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə azalıb.
Nəticədə xarici ticarətdə 1,066 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 438 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.
Bakı 




