• Bakı C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Rusiya ilə hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edildi

SİYASƏT

25 Fevral 2026 | 17:14

Rusiya ilə hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edildi

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi - Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib.

Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR