• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Rusiya  ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 16% artıb

İQTİSADİYYAT

21 Oktyabr 2024 | 17:47

Rusiya  ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 16% artıb

2024-cü ilin yanvar-avqust aylarında Rusiya ilə Qırğızıstan arasında qarşılıqlı hesablaşmalarda rublun payı demək olar ki, 90%-ə çatıb. 

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Moskvada respublika Nazirlər Kabinetinin sədri Akılbek Japarovla görüşündə Rusiyanın baş naziri Mixail Mişustin deyib.

O, açıqlamasında Qırğızstanla ticarət əməkdaşlığının yaxşı templə inkişaf etdiyini bildirib.

"Bu ilin ilk səkkiz ayında ticarət dövriyyəsi 16% artıb, qarşılıqlı hesablaşmalarda rublun payı demək olar ki, 90%-ə çatıb. Əlbəttə ki, biz sabit və proqnozlaşdırıla bilən şərtləri təmin etmək üçün bu tendensiyanı saxlamaq istərdik. Rusiya və Qırğızıstan maliyyə sektoru, sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdir". 

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 Oktyabr 2024