• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Rusiya İrana hipersəs raket verdi

DÜNYA

02 Sentyabr 2026 | 13:25

Rusiya İrana hipersəs raket verdi

Rusiya bir neçə il ərzində İrana qabaqcıl səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə yardım edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumata görə, “C430L” kod adlı proqram 2023-cü ildə başlayıb və 2026-cı ilə qədər davam edib. Proqram çərçivəsində İran üçün raketlərdə istifadə olunan birbaşa axınlı hava-reaktiv (ramjet) mühərrikin hazırlanmasına dəstək göstərilib. Ekspertlər belə texnologiyanın gəmi əleyhinə və yerüstü hədəfləri məhv edən qanadlı raketlərin yaradılmasında istifadə oluna biləcəyini bildirirlər.

Qeyd edilib ki, layihənin təşkilində “Rosoboroneksport” və “NPO Maşinostroyeniya” iştirak edib. Rusiya mütəxəssisləri İrana səfər edərək mühərrik sınaqlarını izləyib və texniki problemlərin aradan qaldırılmasına kömək ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026