• Bakı C

    13.29 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Rusiya karbon emissiyası ilə bağlı hədəflərini açıqlayıb

COP29

13 Noyabr 2024 | 15:06

Rusiya karbon emissiyası ilə bağlı hədəflərini açıqlayıb

Rusiya 2060-cı ilə qədər karbon neytrallığı olan dövlət olmağı hədəfləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransında çıxışı zamanı bildirib.

O, qeyd edib ki, Rusiyanın beynəlxalq ictimaiyyətlə birlikdə iqlim dəyişikliyi ilə mübarizə aparır: 

"Bu araşdırmanın məqsədi gələcək nəsillərin rifahını təmin etməkdir. Rusiya 1990-cı il səviyyəsinə görə istixana qazı emissiyalarını yarıdan çox azaltmağı bacarıb".

Mişustin Rusiyanın enerji səmərəliliyinin artırılması, elektrik nəqliyyatının inkişaf etdirilməsi, kənd təsərrüfatı və meşəçilikdə müasir həllər təmin edilməsinə diqqət yetirdiyini bildirib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR