Ötən gecə Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə boyunca Ukrayna ərazilərinə 14 ədəd "İskəndər-M" ballistik raketi ilə hücum edib. Hücumlar Kiyev, Dnepropetrovsk, Odessa və Zaporojye vilayətlərinə yönəlib.
Qeyd olunub ki, bundan başqa, gecə ərzində Rusiya 250 ədəd zərbə PUA-sı və müxtəlif növ uçuş aparatları ilə hücum həyata keçirib. Əsas hücum istiqaməti Kiyev şəhəri olub.
Ukrayna qüvvələri hava hücumunun qarşısının alınması üçün tədbirlər görüb. Hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində, şimalında, cənubunda və mərkəzində 6 ədəd “İsgəndər-M/KN-23” ballistik raketi (Kiyev) vurub, “Şahed” tipli 245 PUA zərərsizləşdirib.