q
  • Bakı 14° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Rusiya kütləvi hava hücumu etdi, Britaniya qırıcıları havalandı

SİYASƏT

26 Aprel 2026 | 10:03

Rusiya kütləvi hava hücumu etdi, Britaniya qırıcıları havalandı

Aprelin 25-də Rumıniyada Britaniyaya məxsus “Eurofighter Typhoon” qırıcıları havaya qaldırılıb. Bu, Rusiyanın Ukraynaya qarşı kütləvi hava hücumu zamanı, rus pilotsuz uçuş aparatlarının Rumıniya sərhədinə yaxınlaşdığı vaxt baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bildirilir ki, Britaniya təyyarələri Rumıniyanın hava məkanında uçuşlar həyata keçirib. Pilotlara rus PUA-larına qarşı silah tətbiq etməyə icazə verilib. Lakin dronlar Rumıniya sərhədini keçmədiyi üçün pilotlar atəş açmayıblar.

Nəşr qeyd edir ki, Rumıniya ərazisində rus dronlarının qalıqları aşkarlanıb. Onlar Vakareni şəhərində bir fermaya düşüb:

“Təyyarələr dronları Ukraynanın Rumıniya sərhədindən 1,5 kilometr məsafədə yerləşən Reni liman şəhəri üzərindən uçarkən izləyirdi. Hakimiyyət yaxınlıqda yaşayan əhalinin təxliyə edildiyini və təhlükəli materialların nəzarətli şəkildə məhv edildiyini bildirib”. /Axar.az


SON XƏBƏRLƏR

25 Aprel 2026