• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya MN Qarabağda sülhməramlının öldüyünü TƏSDİQLƏYİB

HADİSƏ

12 Dekabr 2023 | 20:41 | Müəllif: Subhan Mahmudov

Rusiya MN Qarabağda sülhməramlının öldüyünü TƏSDİQLƏYİB

2023-cü il dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində deyilir.

"Azərbaycan tərəfini iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb", - Rusiya MN-nin məlumatında qeyd edilib.

Qeyd edək ki, dünən Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026