Rusiya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq bir sıra Moldova rəsmilərinin Rusiya Federasiyasına girişini əngəlləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Bildirilib ki, noyabrın 20-də Moldovanın səfiri Lilian Darius Xarici İşlər Nazirliyinə çağırılıb.
Son vaxtlar Moldovada rusdilli media saytlarına girişin bloklanması və rusdilli nəşrlərin siyasi motivli təqib edilməsi ilə bağlı digər hallarla bağlı diplomatlar ona kəskin etirazlarını bildiriblər.
“L.Dariusa məlumat verilib ki, asimmetrik tədbir olaraq Moldova Respublikasının bir sıra məmurlarına Rusiya Federasiyasına giriş qadağan edilib”, - məlumatda deyilir.