• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Rusiya ordusu bu əraziyə hücum etdi

DÜNYA

10 Iyun 2023 | 09:12

Rusiya ordusu bu əraziyə hücum etdi

Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının Feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahid” PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.

"50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb", - açıqlamada bildirilir.

Partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi qeyd edilir. Hazırda zərərçəkənlərlə bağlı yekun məlumat dəqiqləşdirilir.


SON XƏBƏRLƏR

18 Mart 2024