Bu gün Rusiya PUA-larla Odessaya hücum edib.
Bakıvsxtı.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində şəhərdə yanğınla müşahidə olunan partlayışlar baş verib:
“Monitorinq kanalları çox sayda pilotsuz təyyarənin Qara dənizdən Odessaya doğru hərəkət etdiyini bildirib. Az sonra partlayışlar və atəş səsləri başlayıb”.
Şahidlər həmçinin bildiriblər ki, şəhərin bəzi yerlərində elektrik enerjisi kəsilib, lakin bunun Rusiya zərbələrinin nəticələri ilə bağlı olub-olmadığı hələ məlum deyil.
Sakinlər həmçinin elektrik nəqliyyatında problemlər olduğunu, trolleybus və tramvayların müəyyən küçələrdə hərəkətsiz qaldığını vurğulayıblar.
Bakı 



