• Bakı 24° C

    14.93 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non grata" elan etdi

DÜNYA

27 Avqust 2026 | 21:26

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non grata" elan etdi

Rusiya cavab tədbiri olaraq, Moskvadakı Rumıniya səfirliyinin əməkdaşını "persona non grata" elan edib.

Bkıvaxtı.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Avqustun 27-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Liliana Burda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu Departamentinə çağırılıb. Moskvadakı Rumıniya səfirliyi əməkdaşının "persona non grata" elan edilməsi ilə bağlı nazirliyin notası ona təqdim edilib", - deyə Rusiya XİN-nin məlumatında bildirilib:

"Bu tədbir Rumıniya tərəfindən daha əvvəl Buxarestdəki Rusiya səfirliyinin əməkdaşının arzuolunmaz şəxs elan edilməsi barədə əsassız qərarına cavabdır".

Rumıniya Xarici İşlər Nazirliyi daha əvvəl bəyanat yaymışdı ki, Hərbi Hava Qüvvələri üç gün ərzində milli hava məkanında üç pilotsuz uçuş aparatını (PUA) vurduqdan sonra Buxarest Rusiya diplomatını ölkədən çıxarır. Rumıniyanın versiyasına görə, PUA-lar Rusiyaya məxsusdur. Həmçinin Rumıniya Moskvadakı səfiri Kristian İstratı məsləhətləşmələr üçün Buxarestə geri çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiyalar və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib ki, Rusiya başqasının teatr jestini təkrarlamayacaq və Rumıniyanın müvafiq addımına cavab olaraq səfirini Buxarestdən geri çağırmayacaq, lakin rusiyalı diplomatın ölkədən çıxarılmasına müvafiq cavab verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR