• Bakı C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Rusiya Ukrayna ilə hüquqi razılaşmalardan yanadır- Lavrov

DÜNYA

25 Dekabr 2024 | 15:08

Rusiya Ukrayna ilə hüquqi razılaşmalardan yanadır- Lavrov

"Rusiya Ukrayna ilə müvəqqəti atəşkəsə deyil, atəşkəsin tamamilə dayandırılması və münaqişənin əsas səbəblərinin həllinə dair hüquqi və məcburi razılaşmalara ehtiyac duyur".

Bakıvaxtı.az
 "Rossiya 1"ə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, müvəqqəti atəşkəs məsələsi ilə bağlı Qərbdə və Ukraynada aparılan danışıqların mahiyyəti yalnız bir məqsədə xidmət edir:

"Kiyev rejiminin Qərbin dəstəyi ilə qüvvələrini bərpa edərək Rusiyaya qarşı yeni strateji məğlubiyyət planlarını həyata keçirməsinə şərait yaratmaqdır".

Lavrov əlavə edib ki, məhz bu səbəbdən Moskva müvəqqəti atəşkəs və ya hər hansı qısa müddətli sülh danışıqlarını qəbuledilməz hesab edir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

25 Dekabr 2024