• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Rusiya-Ukrayna müharibəsində kim uduzdu, kim uddu?- AÇIQLAMA

CƏMİYYƏT

10 Noyabr 2022 | 17:27

Rusiya-Ukrayna müharibəsində kim uduzdu, kim uddu?- AÇIQLAMA

“Rusiya-Ukrayna mühasibəsində hər iki tərəf zəifləyib və digər tərəflər də bu vəziyyətdən dividend əldə etmək istəyirlər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva Rusiyanın Xersondakı müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkiləcəyini bəyan etməsini şərh edərkən bildirib.

O qeyd edib ki, Ukraynadakı müharibə Rusiyanın hərbi potensialını və imkanları ilə bağlı məsələləri aydınlaşdırdı: “Rusiya Ukrayna müharibəsinə kimi qlobal hərbi güc reytinqində üçüncü olduğu deyilirdi, özləri isə ikinci olduqlarını iddia edirdilər.  

Rusiyanın Ermənistana təsir mexanizmlərinin olduğunu nəzərə alaraq deyə bilərik ki, biz ərazilərimizi işğaldan azad etməklə Rusiyanın qlobal güc olmadığını sübut etdik. Bəli, Rusiya mifini biz Cənubi Qafqazda sındırmışdıq, Ukraynada da isə bu mif darmadağın oldu. Qlobal hərbi güc reytinqində əllilikdə olmayan Ukrayna özünü dünyada ikinci hesab edən Rusiyanı küçələrdə sürüyür. Belə ki, Rusiya taktiki gedişlər altında faktiki olaraq geriləmələr edir. Bu geriləmələrdən biri də Dnepir çayının sol sahilinə çəkilməsi ilə bağlı verdi bəyanatdır”.

Politoloq bildirib ki, Ukraynanın enerji mənbələri məhv edən Rusiya bu ölkənin əhalisini soyqudan donması üçün əlindən gələni edir: “Rusiya hesab edir ki, Ukraynanın böyük şəhərlərinin enerji blokadasında olması rəsmi Kiyevi güzəştlərə məcbur edəcək. Rusiyanın bu ssenarisi baş tutdu. Belə ki, Avropada müşahidə olunan enerji böhranı nəticəsində Amerika prezidenti Bayden Ukrayna prezidenti Zelenskinin Rusiya ilə danışıqlara getməyə çağırdı”.

Ramid İbrahimov

  

  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026