Ukraynanın şərqindəki Xarkov vilayətində Rusiyanın raket hücumu nəticəsində bir yeniyetmə qız həlak olub, ən azı doqquz nəfər yaralanıb .
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Oleq Synegubov Telegram-da yazıb. O qeyd edib ki, düşmən (oxu :Rusiya) Berestin şəhərinə raket zərbələri endirib :
"Ağır yaralanan 17 yaşlı qız xəstəxanada öldü. Hazırda doqquz yaralı var, onlardan yeddisi xəstəxanaya yerləşdirilib".
Qonşu Dnepropetrovsk vilayətinin qubernatoru Vladislav Qayvanenko Dneprdə pilotsuz təyyarənin hücumu ilə əlaqəli yanğınlar olduğunu bildirib.
Aydın Baxış
Bakı 



