• Bakı 27° C

    11.66 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Rusiya Ukraynanın logistika və liman infrastrukturuna ZƏRBƏLƏR ENDİRDİ

DÜNYA

29 Avqust 2026 | 12:31

Rusiya Ukraynanın logistika və liman infrastrukturuna ZƏRBƏLƏR ENDİRDİ

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra logistika mərkəzləri və dəniz limanlarına qrup zərbələri həyata keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Kiyev və Kiyev vilayətində yerləşən bir sıra logistika obyektləri hədəfə alınıb. Bildirilir ki, FIM Service nəqliyyat-logistika mərkəzində Ukrayna Silahlı Qüvvələrinin “Flamingo” uzaqmənzilli qanadlı raketləri üçün komponentlər saxlanılıb.

Bundan əlavə, Kalınovka ərazisində yerləşən və Qərb ölkələrindən daxil olan hərbi yüklərin emalı üçün istifadə edildiyi iddia olunan logistika mərkəzinə də zərbələr endirilib. Obyektin tərkibində gömrük terminalının da olduğu qeyd edilir.

Mila kəndində isə “Fire Point” müəssisəsinə məxsus sursat anbarının vurulduğu bildirilir. Rusiya tərəfinin məlumatına görə, burada FP-1 və FP-2 uzaqmənzilli pilotsuz uçuş aparatları üçün komponentlər və gücləndiricilər saxlanılıb.

Zərbələrin bir hissəsi Ukraynanın liman infrastrukturuna yönəlib. İzmail limanında Ukrayna ordusu üçün yanacaq daşıyan tankerlərin dayanacağı və yanacağın boşaldıldığı sahələrin hədəfə alındığı açıqlanıb.

Nikolayev limanında isə dəniz yük terminalı, hərbi yüklərin boşaldıldığı və saxlanıldığı logistika mərkəzləri, eləcə də hərbi texnika üçün nəzərdə tutulan 18 anbar və yanacaq-sürtkü materialları üçün üç saxlama obyektinin vurulduğu bildirilir.

Rusiya Müdafiə Nazirliyi eyni zamanda gecə ərzində Rusiya regionları, Azov və Qara dəniz akvatoriyası üzərində 313 Ukrayna pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasında yer alan bütün iddiaları hələlik təsdiqləməyib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026