• Bakı 17° C

    13.18 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Rusiya Ukraynaya aviazərbələr endirib: 8 ölü, 25 yaralıYENİLƏNİB

DÜNYA

19 Aprel 2024 | 12:14

Rusiya Ukraynaya aviazərbələr endirib: 8 ölü, 25 yaralı - YENİLƏNİB

Gecə saatlarında Rusiyanın Dneprin bombalaması nəticəsində son məlumata görə 8 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiya açıqlama yayıb.

    Qeyd olunub ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Bu arada, “Ukrayna Dövlət Dəmir Yolları” şirkəti Dneprdəki dəmir yolu vağzalının fəaliyyətini dayandırıb. Ölkənin Müdafiə Nazirliyi isə yaydığı məlumatda Dneprə atılan raketlərdən on beşinin zərərsizləşdirildiyini bildirib.

    Onların arasında qanadlı raketlər, eləcə də pilotsuz uçuş apartları var.

    ***

    09:44

    Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.

    Bakıvaxtı.az-ın UNIAN-a istinadən xəbərinə görə, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.

    Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.

    Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquzu yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib.

    Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə iki nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.

    Sinelnikova da raket hücumu baş verib. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb. Şəhərdə 4 fərdi ev dağılıb, səkkizi isə yararsız hala düşüb.


    SON XƏBƏRLƏR

    01 May 2024