• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya və Çin hərbi gəmilərini Yapon dənizinə göndərdilər - VİDEO

DÜNYA

02 Sentyabr 2022 | 12:00

Rusiya və Çin hərbi gəmilərini Yapon dənizinə göndərdilər - VİDEO

Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin bölmələri Yaponiya dənizində görüşüblər. Görüş “Vostok-2022” strateji komanda-qərargah təlimləri çərçivəsində baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya donanması Sakit Okean Donanmasının “Marşal Krılov”, “Qremyaşşiy”, “Soverşennıy”, “Rusiya Federasiyasının Qəhrəmanı Aldar Sıdenjapov”, “Oslyabya”, “Peresvet”, “Nikolay Vilkov” gəmiləri, həmçinin köməkçi donanma gəmiləri ilə təmsil olunur.

Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri təlimlərə “Nyan Çan” esminesi, “Yan Çen” patrul gəmisi və “Dun Pinxu” kompleks təchizat gəmisini göndərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026