Rusiya və Ermənistan arasında dəmir yolu ilə yük daşımalarının həcmi 2026-cı ilin ilk yeddi ayında ötən ilin eyni dövrü ilə müqayisədə 63,4% artaraq 86 min tona çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Ölkələr arasında ikitərəfli və tranzit avtomobil daşımaları Aİİ məkanında icazəsiz əsasda həyata keçirilir. Bundan əlavə, 2026-cı ildə tərəflər üçüncü ölkələrə və üçüncü ölkələrdən avtomobil daşımalarının həyata keçirilməsi üçün ilkin olaraq 700 icazə ilə qarşılıqlı mübadilə aparıb. Rusiya ilə Ermənistan arasında dörd müntəzəm avtobus marşrutu da mövcuddur”, - məlumatda deyilib.




