Rusiya və Misir taxıl və enerji mərkəzinin yaradılmasını müzakirə edə bilərlər.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Kremldə Misirin xarici işlər naziri Bədr Əbdül Ata ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
O, görüşdə iki ölkənin bir sıra planlarının olduğunu və əksəriyyətinin həyata keçirildiyini qeyd edib.
Putin həmçinin bildirib ki, hazırda həyata keçirilən layihələr arasında Misirdə nüvə elektrik stansiyasının tikintisinin başlaması və sənaye zonasının yaradılması da var.
Gülşən Şərif
Bakı 




