• Bakı 12° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Rusiya və Şimali Koreya arasında körpü tikilir

DÜNYA

10 Noyabr 2025 | 22:32

Rusiya və Şimali Koreya arasında körpü tikilir

Primorsk diyarında Tumannaya çayı üzərindən Rusiya ilə Şimali Koreya arasında körpü tikiləcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Nyusvik" qəzeti məlumat yayıb.

Məlumata görə, çay Rusiya ilə Şimali Koreya arasında təbii sərhəddir:

"Yol körpüsünün təxminən beş kilometr uzunluğunda olması planlaşdırılır. Tikinti təxminən 110 metr aparılıb, həm Rusiya, həm də Şimali Koreya tərəfində dayaqlar quraşdırılıb".

Şimali Koreya üzrə ekspert Frederik Şpor qeyd edib ki, KXDR ilə yol əlaqəsinin yaradılması Rusiyaya ticarət gəmilərinin antirusiya sanksiyaları siyahısına salınması riskini azaltmağa kömək edəcək.


SON XƏBƏRLƏR

10 Noyabr 2025