• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Rusiya və Suriya prezidentləri Türkiyədə görüşə bilər

DÜNYA

05 Iyul 2024 | 15:51

Rusiya və Suriya prezidentləri Türkiyədə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Suriya dövlət başçılarının Ankaraya dəvət oluna biləcəyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində danışıb.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə ehtimal olunan səfəri yeni mərhələnin başlanğıcı ola bilər:

“Suriyanın yenidən ayağa qalxması və qeyri-sabitliyə son qoyulması şərtdir. Sülh qapısı açıla bilər. Biz dostumuz Suriyaya dostluq əlimizi daim uzatdıq və uzadırıq. Suriyanın hər zaman yanında olarıq. Yetər ki, Suriya toparlansın”.

R.T.Ərdoğan bildirib ki, PKK/PYD/YPG, İŞİD kimi terror təşkilatları Suriyanın yenidən ayağa qalxmasına mane olmağa çalışır.


SON XƏBƏRLƏR