• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başladı

CƏMİYYƏT

03 Aprel 2026 | 12:38

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başladı

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin məhkəməsi başlayıb.

Bakıvaxtı.az verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Anton Draçev vəsatət verərək yaşayış yerinin məlum olduğunu deyib və onun barəsində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.

Təqsirləndirilən İlya Bezuqliyin vəkili Fəxrəddin Mehdiyev cinayət işiniə xitam verilməsi, bu olmadığı halda təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Onun müdafiə etdiyi şəxs də əlavə edib ki, o, kəskin artimiya xəstəsidir: "Mənim dayım, nənəm bu xəstəlikdən ölüblər. Mənim üçün də bu qədər stress ölümcül nəticələnə bilər. Bir həkim kimi bildirirəm ki, müalicəm üçün təcridxanada qala bilmərəm".

Digər vəkillər də cinayət işinə xitam verilməsi, bu olmadığı halda müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmasını xahiş edib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, eyni maddələrlə ittiham olunan "Sputnik Azərbaycan" əməkdaşlarının müəyyən yaşayış yeri olmadığı halda ev dustaqlığına buraxılması və Rusiyaya getməsi, lakin müdafiə etdiyu şəxsin və digərilərinin həbsdə olması düzgün deyil. O, əlavə edib ki, şahidlərin hamısı polis olduğuna görə, təqsirləndirilənlərin onlara təsir etmək imkanları da yoxdur.

Təqsirləndirikən Sergey Sofranov ölkəyə turist kimi gəldiyini və cinayət işi ilə əlaqəsi olmadığını bildirərək cinayət işinə xitam verilməsini və ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və baxış iclası aprelin 10-na təyin edilib. Vəsatətlər isə təmin edilməyib.

Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci , 234.4.3-cü maddələrlə yekun ittiham irəli sürülüb./Report


SON XƏBƏRLƏR

02 Aprel 2026