• Bakı C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Rusiya XİN İsrailin Livana hücumunu pisləyib

SİYASƏT

01 Oktyabr 2024 | 16:03

Rusiya XİN İsrailin Livana hücumunu pisləyib

Rusiya İsrailin Livana hücumunu qətiyyətlə pisləyir və ölkə hökumətini hərbi əməliyyatları dayandırmağa çağırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, əməliyyatın keçirilməsi barədə qərar Livan Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın ləğvindən sonra verilib. Bu addım Yaxın Şərqdə zorakılığın daha da artmasına səbəb ola bilər.

"Biz silahlı təcavüzə məruz qalmış dost Livanın rəhbərliyi və xalqı ilə həmrəy olduğumuzu bildiririk. İsraili qoşunlarını Livan ərazisindən çıxarmalı, həmçinin vəziyyəti həll etmək üçün dinc yollar axtarmalıdır", - açıqlamada qeyd olunub.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR