Rusiya Xarici İşlər Nazirliyi Ukrayna silahlı qüvvələrinin əsgərlərinə silahlarını Kiyev rejiminə qarşı çevirməyi və ya təslim olmağı tövsiyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
"Ölkələrini işğal etmiş quldur xuntanın bütün cinayətkar mahiyyətini dərk edən Ukrayna hərbçilərini silahlarını mövcud rejimə qarşı çevirməyi və ya qoşunlarımıza təslim olmağı qətiyyətlə tövsiyə edirik", - deyə o qeyd edib.
















