• Bakı C

    9.51 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Rusiyada 10-dan çox məktəbdə mina həyəcanı

DÜNYA

05 Fevral 2025 | 13:00

Rusiyada 10-dan çox məktəbdə mina həyəcanı

Bu gün Rusiyanın Perm diyarında 10-dan çox məktəbə mina qoyulması barədə anonim məlumatlar daxil olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Perm diyarının Ərazi Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

"Fevralın 5-də Perm şəhərində bir sıra təhsil müəssisələrinin elektron ünvanlarına mina qoyulması barədə anonim məlumatlar daxil olub. Məktəblərin rəhbərləri tərəfindən təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb, 76 nömrəli məktəbdə təxliyə tədbirləri həyata keçirilib, əhalinin həyat və sağlamlığına təhlükə yoxdur", - nazirlikdən bildirilib.

Diyar paytaxtının müxtəlif rayonlarında yerləşən 12 məktəbə partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumatlar daxil olub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlama aparılır.


SON XƏBƏRLƏR