• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiyada 43 yaşlı azərbaycanlı güllələnərək QƏTLƏ YETİRİLDİ

HADİSƏ

14 Avqust 2024 | 11:36

Rusiyada 43 yaşlı azərbaycanlı güllələnərək QƏTLƏ YETİRİLDİ

Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Leninqradın Novosaratovka kəndində qeydə alınıb.

Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq zərərçəkən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026