• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Rusiyada islamofob siyasət: Azərbaycanlılar milli və dini zəmində təqib olunur

SİYASƏT

19 Avqust 2025 | 11:36

Rusiyada islamofob siyasət: Azərbaycanlılar milli və dini zəmində təqib olunur

“Rusiyada yaşayan soydaşlarımızın başına gətirilənlər narahatlıq doğurur.Soydaşlarımıza qarşı ayrı-seçkilik,  təzyiqlər artır”.

Bunu ilahiyyatçı Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar milli zəmində təqib və həbs olunurlar, əsassız ittihamlarla onlara qarşı müxtəlif iddialar qaldırılır.

Ekspert vurğulayıb ki, bazarlarda və başqa ticarət mərkəzlərində azərbaycanlılara qarşı təqiblər davam edir.

Müsahibimiz burada islamofobiyanın təzahürlərinin də çoxdan müşahidə olunduğunu deyir. T.İrfan nəzərə çatdırıb ki, Rusiyada yaşayan soydaşlarımızın inanclarını İran istiqamətində dəyişirlər. O əlavə edib ki, İranla Rusiyanın birgə, düşünülmüş siyasəti nəticəsində İranın siyasi şiəlik inancı soydaşlarımız arasında yayılır, anti-Azərbaycan təbliğatı gücləndirilir.

Həmsöhbətimiz onu da qeyd edib ki, digər tərəfdən də radikal vəhhabiliyin mənimsənilməsi nəzərdən qaçmır.

“Bununla orada yaşayan həmyerlilərimizin vəhdətini, həmrəyliyini pozmağı və Azərbaycana qarşı narazı kütlə yaratmağı hədəfləyiblər. Yəni Rusiyada mötədil İslamdan söhbət gedə bilməz. İslam adı altında siyasiləşmiş cərəyanların inkişafına hər cür şərait və imkanlar yaradılır ki, gələcəkdə Azərbaycana qarşı istifadə olunsun. Bu cərəyanlara qoşulmayanları isə mütəmadi şəkildə təqib edir, həbs edir və döyürlər”.

Tural İrfan: Rusiya hökuməti islamafobiyanı başqa adlar altında həyata keçirir

Tural Irfan  Rusiyada “milli, irqi, cinsi, yaxud dini zəmində qətl” hadisələrinin saysız olduğunu söyləyərək, Orta Asiya kökənli müsəlmanlara da davamlı basqıların olduğunu diqqətə çatdırıb. Dediyinə görə, bunu əsasən milliyətçi gənclərin əli ilə həyata keçirirlər:

“Əsasən Rusiyanın mülki təyyarəmizi vurması və sərnişinlərin, ekipajın həlak olmasından sonra durum daha da gərginləşib. Diaspor sədri də daxil olmaqla bir çox soydaşımız döyülüb, əsassız yerə həbs olunub və müxtəlif yollarla əziyyət verilib”.

T.İrfanın dediyinə görə, Rusiya hökuməti azərbaycanlılardan başqa çoxsaylı, digər müsəlmanların da yaşadığı üçün kütləvi etirazlardan və daxili problemlərdən ehtiyatlanaraq islamafobiyanı başqa adlar altında həyata keçirir. Ekspert izah edib ki, ya inancı xarab edərək özünə sərf edən formada icazə verir, ya da milli zəmində basqılar edir.

İlahiyyatçı bildirib ki, hər bir halda müsəlman soydaşlarımızın başına gətirilənlər xristian ölkəsində müsəlmanlara qarşı verilən işgəncə kimi qiymətləndirilə bilər:

“Heç bir günahı olmayan insanları yalnız müsəlman və azərbaycanlı olduğu üçün həbs etmək, təziq göstərmək beynəlxalq hüququn və qanunların açıq şəkildə tapdalanmasıdır. Dövlətimiz bununla bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət ünvanlaya bilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Avqust 2025