• Bakı 26° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı

DÜNYA

05 Sentyabr 2026 | 16:37

Rusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı

Rusiyanın Yekaterinburq şəhərində həkimlər uğurlu əməliyyatla qadının qarın boşluğundan 17 kiloqramlıq nəhəng şiş çıxarıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadın uzun müddət çəkisinin artmasına əhəmiyyət verməyib və bunu yaş dəyişiklikləri ilə əlaqələndirib.

O, yalnız həzm problemləri başladıqdan sonra həkimə müraciət edib. Müayinə zamanı qarın boşluğunda nəhəng törəmə aşkarlanıb.

Üç saat davam edən əməliyyatla daxili orqanlara zərər vurulmadan şiş tam xaric edilib. Əməliyyatdan sonra qadın birbaşa 17 kiloqram arıqlayıb və səhhətinin yaxşılaşdığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026