• Bakı 20° C

    5.85 m/s

Rusiyada supermarketdə qaz sızması - 9 nəfər... - VİDEO

DÜNYA

29 Iyun 2025 | 10:16

Rusiyada supermarketdə qaz sızması - 9 nəfər... - VİDEO

Rusiyanın Vladivostok şəhərində yerləşən supermarketdə qaz sızması nəticəsində azı 9 nəfər xəsarət alıb, onlardan bir neçəsi huşunu itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SHOT telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə Borisenko küçəsində yerləşən “Remi” hipermarketində baş verib. Mağazanın əməkdaşları və alıcılar özlərini pis hiss etməyə başlayıb, öskürməyə başlayıblar, bir neçə nəfər isə huşunu itirib. Bundan sonra ticarət mərkəzində təcili olaraq evakuasiya elan edilib.

Hazırda kütləvi zəhərlənmənin səbəbləri araşdırılır. Prokurorluq yoxlamalara başlayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026