• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Rusiyadakı azərbaycanlılar səfərbərliyə cəlb olunacaqmı?

SİYASƏT

22 Sentyabr 2022 | 11:46 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyadakı azərbaycanlılar səfərbərliyə cəlb olunacaqmı?

Xəbər verdiyimiz kimi, Rusiyada səfərbərlik elan olunub. Maraqlıdır ki, dərhal da Rusiya vətəndaşlığı almaq üçün proseduraların xeyli sadələşdirildiyi bildirilib. Belə ki, Rusiya ordusunda ən azı bir illik xidmətlə bağlı müqavilə bağlayanların dərhal vətəndaşlıq alacağı açıqlanıb.

Belə olan halda Rusiyadakı azərbaycanlılar nə etməlidirlər? Səfərbərliklə bağlı onları nə gözləyir? Ukraynaya qarşı vuruşan Azərbaycan vətəndaşına ölkəmizdə hüquqi münasibət necə olacaq?

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezident Osman Gündüz bildirib ki, səfərbərlik elanından sonra Rusiyadakı miqrantlar arasında, miqrantların aid olduğu bir çox MDB ölkələrində narahatlıqlar baş qaldırıb.

Bu ölkələr miqrantların müxtəlif üsullarla Ukraynaya qarşı müharibəyə cəlb olunacağından ehtiyatlanırlar.

"Düşünürəm ki, indiki zamanda oradakı azərbaycanlılara ciddi hüquqi məsləhətlər və köməklik göstərilməlidir.

Əgər Rusiyada həbsxanada olanları da müharibəyə göndərmək istəyirlərsə, demək çalışacaqlar ki səfərbərlik adı altında, müxtəlif şirnikləndirici təkliflər və TV propaqandası ilə miqrantları da orduya cəlb etsinlər".

AİF prezidentinin fikrincə, indiki halda Rusiyadakı azərbaycanlılara, səfərbərliklə bağlı yeni yaranmış situasiyada atılacaq hüquqi addımlarla bağlı, alternativ məlumatlandırma ilə bağlı köməklik göstərilməsinə ciddi ehtiyac var.

Aytac aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026