• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

DÜNYA

14 Sentyabr 2026 | 09:15 | Müəllif: Günəş Mərd

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Rusiyada aparılacaq planlı təmir və texniki xidmət işləri ilə əlaqədar sentyabrın 15-dən 25-dək Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qazprom Armenia” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Şimali Qafqaz–Zaqafqaziya qaz kəmərində aparılacaq planlı texniki xidmət və təmir işləri ilə bağlıdır.

Şirkətdən qeyd olunub ki, göstərilən müddətdə Ermənistanda istehlakçıların qazla fasiləsiz və etibarlı təminatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026