• Bakı 28° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiyalı rejissor namizədliyi olsa da "Oskar"a gedə bilmir

MƏDƏNİYYƏT

20 Mart 2022 | 16:49 | Müəllif: Subhan Mahmudov

Rusiyalı rejissor namizədliyi olsa da "Oskar"a gedə bilmir

"Boxballet" cizgi filmi ilə "Oskar" mükafatına namizəd olan rusiyalı rejissor Anton Dyakov viza ala bilmədiyi üçün martın 27-də - qaliblərin açıqlanacağı mərasimdə iştirak edə bilməyəcək.

Bakıvaxtı.az axşam.az-a istinadən bildirir ki, bu barədə o, "TASS"a açıqlamasında deyib.

"Vizam yoxdu, mənə vermədilər. Rusiyadakı konsulluqlar çoxdan bağlanıb. Başqa ölkədən müraciət etdik. Hətta "müsahibə üçün gəl" və ya bu kimi mesajlar da yoxdur. Namizəd olaraq qalıram, bunu dəyişmək olmaz, amma səfərim mümkün deyil.

İncimirəm. Çoxları getməyimlə bağlı soruşur, əvəzində peşman olurlar. Təəsüf hissi keçirmələri mənə də xoş deyil. Çoxlarının ekstremal şəraitdə olduğu bir vaxta mənim "Oskar" getməyə imkan vermədiklərinə görə ağlayıb-sızlamaq çox çətindir" - deyə, Anton bildirib.

Qeyd edək ki, rejissorun balerina ilə boksçunun sevgisindən bəhs edən ekran işi "Ən yaxşı qısametrajlı cizgi filmi" nominasiyasında "Oskar" mükafatına namizəd olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026