Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın hərbi baxımdan məğlub edilməsinin mümkün olmadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Ana Tili" qəzetinə müsahibəsində danışıb.
“Vəziyyət unikaldır: Rusiya hərbi baxımdan məğlubedilməzdir,” – deyə Tokayev vurğulayıb.
Prezidentin sözlərinə görə, Ukrayna Qərbin dəstəyi ilə müharibədə ən azından məğlub olmamağa ümid edir.
Tokayev həmçinin Ukrayna böhranının həllinin tərəflərdən və ABŞ-da seçilmiş prezident Donald Trampın mövqeyindən asılı olduğunu qeyd edib.
Bu bəyanat regional və beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, Tokayevin bu fikirləri Qazaxıstanın balanslı xarici siyasət yanaşmasını əks etdirir.