• Bakı 21° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Rusiyanın axtardığı hakim Azərbaycanı TƏRK ETDİ

CƏMİYYƏT

22 May 2025 | 10:07

Rusiyanın axtardığı hakim Azərbaycanı TƏRK ETDİ

Dələduzluqda və saxtakarlıqda ittiham edilərək Rusiyada qiyabi həbs edilən keçmiş hakim Yelena Xaxaleva Azərbaycanı tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb. 

Yanvarın sonunda Rusiya tərəfinin tələbi ilə Xaxaleva Bakı hava limanında saxlanılıb, lakin sonradan Azərbaycan məhkəməsi onu Rusiyaya ekstradisiya etməkdən imtina edib. 

Hümbətova bildirib ki, müvəkkilinin Azərbaycandakı işi yekunlaşıb.

"Rusiya tərəfinin tələbi ilə onun ekstradisiyasından imtina barədə məhkəmə qərarından sonra o, Azərbaycanı tərk edərək üçüncü ölkəyə gedib", - deyə vəkil bildirib.

Ş.Hümbətova qeyd edib ki, Xaxalevanın ekstradisiyasından imtina qərarı onun azad hesab edilməsinə əsas səbəbdir. 

Vəkil keçmiş hakimin hazırda harada olduğunu bilmir.


SON XƏBƏRLƏR

21 May 2025